adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Fevral 2017 21:30
8951
MARAQLI
A- A+

Bu xəbəri hazırlayana 100 min verəcək

Hollivudun əfsanəvi aktyorlarından olan Robert De Niro Vaşinqtonda qatıldığı tədbirlərin birində jurnalistlərə ilginc təklif irəli sürüb.

Adalet.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktyor açıqlaması zamanı mübahisəli peyvənd məsələsinə toxunub.

Robert De Niro oğlunun peyvənd səbəbindən autizm xəstəliyinə tutulduğunu iddia edib.

O, qızılca, məxmərək və qulaqdibi əleyhinə uşaqlara vurulan peyvəndlərdə istifadə olunan "Tiomersal" adlı maddənin autizmə səbəb olub olmadığını araşdıran jurnalistə 100 min dollar verəcəyini vəd edib.