adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 Fevral 2017 22:45
6075
İDMAN
A- A+

Türkiyə millisi Kosovoya getməyəcək

Türkiyə millisi "DÇ-2018”in seçmə mərhələsində Kosovo ilə səfər oyunu neytral meydanda keçirəcək.

Adalet.az-ın məlumatına görə, bu barədə xəbəri Türkiyə Futbol Federasiyasının rəsmi saytı yayıb.

Bildirilir ki, yayda keçiriləcək qarşılaşma Albaniyada oynanılacaq. Buna səbəb isə Kosovoda UEFA-nın tələblərinə cavab verən stadionun olmamasıdır.

Qeyd edək ki, Kosovo – Türkiyə oyunu iyunun 11-də keçiriləcək.