adalet.az header logo
  • Bakı 16°C
18 Fevral 2017 21:45
26215
TEXNOLOGİYA
A- A+

Yutubdan maraqlı yenilik

Yutub 30 saniyəlik reklamlardan imtina edir.

Adalet.az xəbər verir ki, şirkətin yaydığı açıqlamada bildirilir ki, 2018-ci ildən artıq istifadəçilərin sevmədiyi bu reklamlardan istifadə edilməyəcək.

Şirkət rəhbərliyi bunun həm istifadəçi, həm də reklam verənlər üçün uğurlu yenilik olacağını düşünür.

30 saniyəlik reklamları dayandırsalar da, onu 6 saniyəlik reklamlar əvəz edə bilər.

Şirkətin bu addımı atmasına əsas səbəblərindən biri isə dünyanın ən yaxşı markalarının feysbukda video yerləşdirmək marağının son illər daha da artmasıdır. Yutub da qısa videolara keçməklə rəqabətdə uduzmamağa çalışır.