adalet.az header logo
  • Bakı 19°C
18 Fevral 2017 21:07
6323
DÜNYA
A- A+

NATO-dan Rusiyaya qarşı yeni həmlə

NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin iştirakı ilə Brüsseldə baş tutan toplantıda ABŞ-ın Qara dənizdə donanmanın sayının atırılması ilə bağlı təklifi qəbul edilib.

Adalet.az xəbər verir ki, qərara görə sözügedən bölgəyə daha çox NATO gəmisi yerləşdiriləcək.

Həmin gəmilərin idarəetmə mərkəzinin İngiltərədə yerləşən Markom dəniz limanında olacağı bildirilib.

Belə ki, Rusiya ilə yaşanacaq hər hansı gərginlik barədə əvvəlcədən gəmilərin trayektoriyası ilə bağlı Türkiyəyə məlumat veriləcək.

Qeyd edək ki, yeni qərarın icrasına may ayından başlanılacaq.