adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Fevral 2017 17:50
7217
DÜNYA
A- A+

Çin Şimali Koreyadan kömür idxalını dayandıracaq

Çin fevralın 19-dan başlayaraq Şimali Koreyadan kömür idxalını dayandıracaq.

Bu barədə ölkənin ticarət naziri bəyanat yayıb.

Nazir qadağaların dekabrın 31-dək qüvvədə ola biləcəyini bildirsə də, ancaq nəyə görə bütün daşınmaların dayandırılmasına aydınlıq gətirməyib.

Cənubi Koreyanın "Yonhap” xəbər agentliyi ötən həftə xəbər yayıb ki, Şimali Koreyanın 1 mln. dollar dəyərində kömürünün Çinin şərqindəki Venzhou limanında boşaldılmasından imtina edilib. Bu addım rəsmi Pxenyanın ballistik raket buraxılışını sınaqdan keçirnəsindən bir gün sonra atılıb.