adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
18 Fevral 2017 17:16
4150
HADİSƏ
A- A+

Körpə qız qaynar süd qazanına düşdü

Salyan rayonunda üç yaşlı qız yanıb.

Hadisə şəhərin Əlövsət Quliyev küçəsi bina 2, mənzil 1 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 2014-cü il təvəllüdlü Fatimə Nahid qızı Nəsirova süd qazanına düşüb.

Nəticədə üz nahiyəsindən yanıq xəsarətləri alan uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O, xəstəxanada ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.