adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Fevral 2017 16:35
4004
HADİSƏ
A- A+

Dəm qazı iki nəfərin həyatına son qoydu

Ötən gün Binəqədi rayonunda iki nəfər dəm qazının qurbanı olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 17-də Binəqədi rayonunda yaşayan Həbib Əliyev və Biləcəri qəsəbəsində yaşayan Nailə Zeynalova evlərində dəm qazından zəhərlənərək ölüblər.

Baş vermiş hadisələrlə bağlı araşdırmalar aparılır.