adalet.az header logo
  • Bakı 18°C
18 Fevral 2017 12:11
8919
SİYASƏT
A- A+

İtaliyanın iqtisadiyyat naziri Bakıya gələcək

İtaliyanın iqtisadiyyat naziri Karlo Kalenda gələn həftə Bakıya işgüzar səfərə gələcək. Bu barədə Trend-ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumatda deyilir.

Verilən məlumata görə, fevralın 23-də İtaliyanın iqtisadiyyat naziri Karlo Kalendanın rəhbərlik etdiyi biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək.