adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

MÜDAFİƏ NAZİRİ ZAKİR HƏSƏNOVA AÇIQ MƏKTUB

AQİL ABBAS
94970 | 2017-02-19 11:30

Hörmətli cənab Nazir!

Bu məktubu sizə ünvanlamağımınçox ümdə bir səbəbi var.

Əvvəla, bir-birimiziyaxından-uzaqdan yaxşı tanıyırıq, bir-birimizə qarşılıqlı hörmətimiz var və onu da qeyd edim ki, üstümdə böyük bir haqqınızda var.

Möhtərəm Prezidentimizİlham Əliyevin sərəncamı ilə «Dolu» filmi çəkilərkən Müdafiə Nazirliyi filmi texniki cəhətdən təmin etməliydi, yəni əsgərlərlə,silahlarla, ağır texnikayla və sair və ilaxır. Çox təəssüf ki, həmin vaxt MüdafiəNazirliyi öz üzərinə düşən öhdəliyi yerinə yetirmədi. Min bir bəhanə gətirərək çəkilişi az qalaaltı aya qədər yubatdı. Nəhayət, mənimxahişimlə hörmətli Əbülfəz Qarayev daxili işlər naziri hörmətli Ramil Usubova məktubgöndərərək xahiş etdi ki, imkan daxilində nazirlik filmin çəkilişinə yardımçı ola bilərmi. Məktubun səhərisi günü mənvə filmin direktoru cənab nazirin qəbuluna dəvət edildik. Nazir filmin çəkilişiüçün nazirliyin nədə yardımçı olacağı ilə maraqlandı, hamısını bir-bir qeyd elədi,sonra sizə telefon açaraq öz tapşırıqlarınıverdi və məsləhət gördü ki, bizimlə görüşəsiz.

Filmin direktoruNadir Əliyevlə cənab nazirin qəbulundan çıxandan sonra gəldik yanınıza. Müdafiə Nazirliyinin altı ayda görmədiyi işi bir saatın içində həllelədiz. Filmə məsləhətçilər ayırdınız, sizinlə və onlarla birlikdə bütün vacib məsələlərimüzakirə elədik. Və ikicə gündən sonra telefon açdınız ki, Daxili Qoşunların əsgər və zabitləri və lazımi texnika artıq İsmayıllıda sizi gözləyir, çəkilişə başlaya bilərsiniz.Yəni bu filmin çəkilişinə sıradan bir vəzifə borcu kimi baxmadınız. Siz də,Daxili Qoşunların zabit və əsgərləri də filmin uğurlu alınması üçün əlinizdən gələniəsirgəmədiz.

Və bu filmin beləuğurlu alınmasına görə mən və bütün yaradıcı heyət şəxsən hörmətli nazirimiz RamilUsubova, Daxili Qoşunların komandanı kimi sizə, Daxili Qoşunların zabit və əsgərlərinəözümüzü həmişə borclu bilirik.

Daxili Qoşunlarlahəmişə təmasda olmuşam, həm Qarabağ savaşı zamanı, həm də sonralar. Daxili Qoşunlar həm nizam-intizamına, həm əsgərlərindöyüş qabiliyyətinə, həm də əsgərlərə diqqət və qayğıya və maddi-texniki bazasına görə fərqlənib.


Hörmətli cənab Nazir!

Sizi həm peşəkarbir hərbçi kimi tanıyıram, həm də bir vətənpərvər insan kimi. Sizin müdafiə naziritəyin olunandan sonra ordu quruculuğunda apardığınız islahatlar göz qabağındadı.Və aprel döyüşlərində də ordumuzun gücü və qüdrəti təkcə erməni işğalçılarına deyil,həm işğalçıların arxasında dayananlara, həmdə bütün dünyaya sübut olundu.

Məsələ nədi?! Bəzimüharibə veteranlarının (bunlar az deyillər)bir problemi illərlədi həll olunmamış qalır. Özü də bu problemi həll etmək o qədər dəçətin deyil.

Müharibə başlayandaMilli Ordu yoxuydu. Milli Ordunu Daxili Qoşunlar və qəhrəman polislərimiz əvəz edirdi və yüzlərlədə şəhid verdi. O qəhrəman polislərimizləbirgə vuruşanlar isə demək olar könüllülərdən ibarət idi. Onlar Azərbaycanın hər yerindən – Lənkəranından tutmuşQubasınadək, Bakıdan tutmuş Qazaxınadək, hətta Naxçıvanın özü savaşın içində olmasınabaxmayaraq, Naxçıvandan belə Qarabağa axışıb bu Vətəni qoruyurdular. Hətta onların çoxu öz cibinin puluna silah almışdı. Adamlar maşınını, evinin xalı-xalçasınısatıb Gürcüstandan, Rusiyadan silah-sursat alıb Vətən namusunu qoruyurdu. Əgər bu gün bir araşdırma aparsaq görərikki, 20 min şəhidimizin bəlkə də altmış faizi həmin könüllülərdi. Eləcə də 20 mindənartıq qazimizin də bəlkə də elə altmış faizi həmin könüllülərdi. Amma indi onlaröz halal haqlarını ala bilmirlər, yəni müharibə veteranı sənədini.

Həmin o qarışıq illərdəkimsə bir dəfə iki kisə kartof, üç kisə un əsgərlərimizə yardım aparırdısa (sağolsunlar amma) hansısa yollarla müharibə veteranı sənədi alır və bu gün də yekə-yekədeyir ki, mən müharibə veteranıyam. Əslində bu gün bu da araşdırılmalıdır, qardaşım,sən hansı döyüşdə olmusan? Yəni bu yalançımüharibə veteranlarını üzə çıxarmağın özü də çox yaxşı olardı.

Amma üç il, dördil səngərdə can qoyan könüllülər, yuxarıda qeyd etdiyimiz kimi, öz halal haqlarınıala bilmirlər. Savaş vaxtı bəlkə onlar daala bilərdi, amma onda onları sənəd maraqlandırmırdı, torpaq maraqlandırırdı, vətənmaraqlandırırdı.

Hörmətli cənab Nazir!

Mənə və eləcə dədigər deputatlarımıza bəlkə yüzlərlə beləmüraciətlər olur. Burda adlar da yaza bilərəm, lazım deyil. Məsələn, bu günlərdəmətbuatda bir müharibə veteranının müraciətiçap olunmuşdu. Könüllü gedib, sonra Milli Ordu yarananda orduya qəbul etməyiblər ki, səhhətin yol vermir.Amma onun xahiş və yalvarışlarından sonraqalıb könüllü vuruşmağına icazə veriblər. Özü də tank sürüb. Əlində də bütün sənədləri,ezamiyyə vərəqləri, tərxis olunma sənədi, amma hələ də ona müharibə veteranı adıverilmir. Bu könüllülərin əllərində hərbi biletləri var, hərbi biletlərində silahlarınınnömrələri də qeyd olunub. Nə vaxt ordu sıralarından tərxis olunmağı da qeyd olunub,amma yenə müharibə veteranı adını ala bilmir.Həm bizim sorğularımıza, həm də özlərinin sorğularına gələn kəsə bir cavabvar: arxivlərdə sizin adınız yoxdur!

O vaxt Müdafiə Nazirliyihansı gündəydisə, arxivi də elə o gündəydi.

Özü də bu müharibəveteranları heç də hansısa bir imtiyaz üçün bu adı almaq istəmirlər, bu bir mənəviyyatməsələsidi. İnsan öz oğluna, qızına o sənədi göstərib bir qürur duymaq istəyir,nəslinin tarixinə yazmaq istəyir.

Hörmətli cənab Nazir!

Sizdən artıq dərəcədəxahiş edirəm, bu məsələ ilə ilgilənəsiz! Tapşırasız bir ciddi araşdırma aparsınlar, yalançı müharibə veteranlarınıda üzə çıxarsınlar, əsl veteranlar da öz halal haqlarına qovuşsunlar.

Və onu da xüsusiləqeyd etmək istəyirəm ki, sabah savaş başlasa bir əli, ayağı olmayan qazilərimiz də, həmin veteranlar da könüllüolaraq cəbhədə ön cərgədə olacaqlar. Hətta öz halal haqlarını almasalar da.

Mən bunu aprel döyuşlərində gördüm. Həmin vaxt Ağdamda– cəbhə böldgəsindəydim. Yaşlarının keçməsinə baxmayaraq bu qazilər, bu veteranlardöyüşə atılmaq üçün bir himə bənd idilər.

Tanrı Ordumuzu qorusun!Tanrı əsgərlərimizi qorusun!

Hörmətlə;

Aqil ABBAS


TƏQVİM / ARXİV