adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Fevral 2017 20:00
8849
MƏMLƏKƏT
A- A+

Kim daha yaxşı tərbiyə edir?

Şəhərdə keçirilən sorğuların birində təsadüfən iştirak etməli oldum. Mövzu "Uşaqların tərbiyyəsində cəmiyyətin rolu” idi. Cəmiyyət daxilində ailə, təhsil və digər məqamlar nəzərdə tutulurdu. Uşaq tərbiyəsindən danışarkən psixoloqdan tutmuş sadə vətəndaşına kimi ilk olaraq ailə modeli təsvir dilir. Təbiidir ki, ailə uşağın tərbiyəsində başlıca və ilkin amildir. Daha sonra kənar qüvvələr məktəb şəraiti və və alternativ modellərdən söhbət açmaq olar. Fikirlər müxətlifdir.

Yaxşı ailə tərbiyəsi görmüş uuşağın davranışları, epizotik mövqelərində bu hiss olunacaq. Sevgiylə tərbiyə olunan uşaq ətrafına sevgi, şiddətlə tərbiyə olunan isə şiddət göstərəcək. Bəşəriyyət yaranandan bu yana insan psixologiyası qarşılıq verməyə meyilli bir instikdə yaradılıb. Təbii ki, bu normal şürun formalaşdığı dövrə qədərdir. Uşaqlarda şüur qısıdlığı dövründə formal olaraq reaksiyaya antireaksiya verməlləri birbaşa valideynlərindən asılıdır. Uşaq ailənin güzgüsüdür. İnsanlar övladlarını tərbiyə edərkən əsasən öz dünyagörüşlərinə, ya da ata-analarının, özlərindən böyüklərin təcrübəsinə əsaslanırlar. Bəzən isə onlar mütəxəssislərə, psixoloqlara etibar edir, onların məsləhətlərindən nəticə çıxarırlar. Ancaq istənilən halda valideyn-övlad münasibətlərində, uşaqların düzgün tərbiyəsi məsələsində problemlər də ortaya çıxır. Bu probnlemlərin kökündən həllinə ehtiva etmək daha doğru addım hesab olunur. Bir çox valdeynmlər övlad sevgi və nəvazişi olsa da onları trbiuyə məsələsində mövqeləri fərqli və düzgün deyil.

Uşaqların tərbiyəsi haradan başlamalıdır?

Körpə ana bətnində olarkən onun tərbiyəsi ilə məşğul olmaq lazımdır” deyiminin doğruluğunu alimlər sübut ediblər. Qadın hamiləlikdən 3 ay öncə özünü psixoloji və fiziki cəhətdən ana olmağa hazırlamalıdır. Ancaq bu halda o, sağlam uşaq dünyaya gətirə bilər. Xüsusilə hamiləliyin 5-ci ayından sonra ana öz körpəsinə xoş sözlər deməli, onu əzizləməlidir. Daha çox klassik musiqilər dinləməli, açıq havada gəzməlidir. Bu özü də tərbiyədir.

Uşaq nəyin pis və ya yaxşı olduğunu anasının özünü necə hiss etməsindən anlayır. Ana narahat və ya əsəbidirsə, körpə də çox ağlayır, gecələr yatmır və s. Valideyn heç vaxt fikirləşməməlidir ki, övladı çox kiçikdir, o hələ heç nə anlamır.

Ümumiyyətlə, uşaq dünyaya gəldikdən sonra təməl prinsip onu sosial mühitə hazırlamaqdır. Bunun üçün isə öncə ata və ana öz münasibətlərini tənzimləməli, daha sonra övladları ilə düzgün münasibət qurmalıdırlar. Uşaqlar 5 yaşına qədər ailədə gördükləri hər şeyi şüuraltına yığırlar. Ona görə də valideyn övladına verdiyi tərbiyənin əhəmiyyətini dərk etməlidir.

6-7 yaşına kimi uşaqların tərbiyəsinə daha ciddi yanaşmaq lazımdır. Həmin dövrdə xarakterin ana xətti formalaşır. Artıq bu yaşa qədər balacalar özlərinə güvənməli, daxili komplekslərdən azad olmalı, özlərini sevməlidirlər. Bu yaşda özünə güvənən uşaqlar şüurlu sürətdə məktəbə təhsil almaq üçün getdiklərini bilirlər, yaxşı oxumağa can atırlar. Sonra ali məktəbə daxil olmağa, daha sonra karyera qurmağa çalışırlar.

Uşaq tərbiyəsində mühitin önəmi

Bu, çox əhəmiyyətli məsələdir. Sevgi və nəvazişlə dolu, müsbət emosiyalı, mübahisə olmayan ailədə böyüyən uşaqlar digərlərindən özlərinə güvənmələri, özlərini yüksək qiymətləndirmələri ilə fərqlənirlər. Ailədə bütün vacib məsələlərdə, xüsusən uşaq tərbiyəsi ilə bağlı hər iki valideynin sözü üst-üstə düşməlidir. Yəni ananın sözünü ata və ya atanın sözünü ana inkar edərsə, bu zaman övladın düzgün tərbiyəsindən söhbət gedə bilməz. Uşaqların nitqi, danışıq tərzi də valideynlərin davranışı ilə birbaşa bağlıdır. Əgər valideyn övladı ilə kobud danışırsa, uşaq da dostları ilə, ümumilikdə ətrafdakılarla söhbət edərkən belə danışıq tərzi nümayiş etdirəcək. Valideynlər davranışları ilə öz övladlarına örnək olmalıdırlar. Məsələn, ata oğluna böyüklərə hörmət etməyi tövsiyə edirsə, amma özü yaşlılarla hörmətsiz davranırsa, insanlara qarşı laqeyddirsə, onun ədəb dərsi keçməsi mənasızdır.

Şiddətin uşaq psixologiyasına təsiri

Təəssüf ki, bu gün həqiqətən də ayrı-ayrı ailələrdə valideynlərin öz övladlarına müxtəlif ağır cəzalar verməsi, aqressiv, zorakı davranışlar göstərməsi hallarına tez-tez təsadüf edirik. Amma heç bir psixoloq döyməklə, söyməklə, ağır cəzalar verməklə hansısa bir uşağın yaxşı tərbiyə olunduğunu deyə bilməz.

Ailədə uşağın şiddətə məruz qalması, ailədaxili zorakılıq, uşağa qarşı edilən aqressiv hərəkətlər gələcəkdə onun tərbiyəsində ciddi çatışmazlıqlar yaradır. Valideyn övladını kəşf edib öyrənmək əvəzinə, onun hər hansı adi hərəkətlərinə, davranışlarına dözə bilməyib onu təhqir edirsə, döyürsə, bu, körpənin aqressiv böyüməsinə və onda müəyyən psixoloji problemlərin yaranmasına gətirib çıxarır. Valideyn tərəfindən tez-tez döyülən uşaqlar natamam böyüyür, onların cəmiyyətə inteqrasiyasında problemlər yaranır. Belə uşaqlar sağlam ruhda böyümür, gələcəkdə özlərini bir şəxsiyyət kimi görmürlər. Nəticədə, onlar cəmiyyətdə, ailədə rahat ünsiyyət qura, sağlam düşünə bilmirlər, yaşıdlarına qarşı aqressiv, kobud hərəkətlər nümayiş etdirirlər.

Avropa təcrübəsi

Avropa ölkələrində uşaq tərbiyəsi ümumi qərb dünyasını təmsil edir desək yaınlamarıq. Adətən bu ölkələrdə ailə qurmaq yaşını 30 yaşdan sonra düşünürlər. Səbəb isə gələcəyi daha perspektivli və dayanıqlı halda düşünmələridir. Cültlüklər evlənməmişdən öncə bir ev sahibi olurlar, daha sonra dünyaya gələcək uşaqları üçün şəraiti tam təmin edirlər. Və bundan sonra övlad dünyaya gətirmək barədə düşünmək olar. Bir sıra hallarda qadın övladını evdə dünyaya gətirir. Bunun üçün doğuş həkmimini evlərinə dəvət edirlər. Səbəbini bilmədiyimiz bir hal var ki, ilk 6 aylığında uşağa su verilməsi qadağandır. Daha sonrakı vaxtlarda övladın qidalaması ön plana çəkilir. Bu o deməkdir ki, praqmatik tərbiyənin önəm verildiyi avropa ailələrində övladlara məcburiyyət anlayışı yoxdur. Normal tərbiyə müstəvisi burada sərbəstlik və öyrənmək üzərində qurulub. Əgər uşaq yemək yemək istəmirsə onu məcbur, döyə-döyə yedizdirmirlər. Su içsə kifayətdir. Onsuzda uşaq robotdan deyil, o da müəyyən vaxtlarda aclıq duyğuları yaşayır və bunu öz emosiyaları ilə anasına çatdırır. Azyaşlı övladın dil tətrbiyəsi də bizim formalardan fərqlidir. İlk illiərində danışmağı öyrənən uşağın maraqları ən öndə dayanan məsələdir. Valideyin ev şəraitində uşağın diqqətini çəkən ihadisə və əşyaların dzügün dil normalarında təsvirini önə çəkir. Məsələn, yemək bişirərkən uşağı yanında olan ana tavanın altını yandırandan qazı söndürənədək bütün detalları adı ilə uşağına deyir. Yoxsa bizimkilər kimi "Pişt oldu, cici keçdi” kimi gərəksiz əzizləmələrdən istafadə olunmur. Əgər ailədə valdeyinlər fərqli dillərdə danışırlarsa bu böyüyəcək uşçağın dil mənsubiyyətinə təsir edir. Alimlər araşdırıb ki, belə ailələrdə övladların danışa bilməsi daha uzun vaxt çəkir. Avropadan daha bir fərqimiz odur ki, ailə daxili işlərdə ata və ana birgə fəaliyyət gstərir. Kişi işdən gəlib əlində pult televizora baxan müqəvva olmamalıdır. Birlikdə ünsiyyətdə olmaldıırlar. Uşaqların iqtisadi mexanizmə uyğunlaşdırılması da önəmlidir. Məsələn, Hollandiyada və digər qonşu ölkələrdə valdeyn uşağa öz gücünə pul qazanmağı öyrədir. Bu ölkələrdə 12 yaşa çatmış yeniyetmələrə işləmə hüququ verilir. Onlar bəzi marketlərdə, xidmət sektorlarında kiçik işlçilər kimi çalışırlar. Öz qazancları ilə özlərini təmin etməyə açlışırlar. Hətta misal üçün deyək ki, ABŞ-ın keçmiş prezidenti Barak Obamamın qızı dərs sonrası kafelərin birində çalşırdı. Bunun uşağın təshil tərbiy rejiminə uyğun olub olmamdığı isə müəyyən qədər qaranlıq məqamdır.

Rüfət Soltan