adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Fevral 2017 22:00
6391
İDMAN
A- A+

Rəşad Sadıqov əcnəbi hakim istəyir

"Qarabağ"ın və millimizin kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasına əcnəbi hakimlərin dəvət olunmasının tərəfdarıdır.

Adalet.az-ın məlumatına görə, təcrübəli müdafiəçi "CBC Sport" kanalında qonağı olduğu "3-cü hissə" verilişində bu təkliflə çıxış edib:

"Yüksək səviyyəli hakimlərimiz azdır. Onlar da ardıcıl oyunlar idarə edir, fiziki və psixoloji cəhətdən yüklənirlər. Qarşıdakı turda isə çempionluq uğrunda mühüm olan "Qəbələ" - "Qarabağ" matçı var. Belə vacib oyunlara əcnəbi hakimlərin dəvət olunması daha məqsədəuyğun olardı. Vaxtı ilə Azərbaycanda belətəcrübə olub. Azərbaycan çempionatı ilə yanaşı, ölkə kubokunada Almaniyadan hakimlər dəvət olunmuşdu".