adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Fevral 2017 15:19
49372
TEXNOLOGİYA
A- A+

“Demokratiya koofisenti” adlı mobil əlavə yaradılacaq

Avrasya Əməkdaşlıq Fondunun dəstəyi ilə "Demokratiya və insan hüquqlarının onlayn təşviqi” layihəsinin icrasına başlanılıb. Layihənin məqsədi gənclərin demokratiya, insan hüquqları ilə bağlı biliklərinin artırılmasıdır. Eyni zamanda insan hüquq və azadlıqlarının qorunması sahəsində mövcud hüquqi müdafiə mexanizmlərinin təşviqi də layihənin məqsədlərı sırasına daxildir.

Strateq.az xəbər verir ki, layihə fəaliyyətlərindən biri kimi "Demokratiya koofisenti” adlı mobil əlavə yaradılması nəzərdə tutulub. Mobil əlavə məhşur "Kim milyoncu olmaq istəyir?" formatında hazırlanacaq. Bu mobil əlavə istifadəçilərə demokratiya və insan hüquqları ilə bağlı sualları cavablandırmağa və sonda bu sahədəki bilikləri barədə dəyərləndirmə aparmağa imkan verəcək. Mobil əlavə android platformasında işləyən mobil telefonlar üçün yaradılacaq.

Mobil əlavə ilə bağlı geniş məlumatlandırma tədbirləri keçiriləcək.

Eyni zamanda layihə fəaliyyətərindən biri kimihttp://bizimmekteb.org/-Virtual İnsan Hüquqları Məktəbi-resursunun təkmilləşdirilməsi planlaşdırılır. Hazırda bu istiqamətdə işlər həyata keçirilir.

Layihə çərçivəsində 10 tanınmış ictimai xadim, vətəndaş cəmiyyəti fəalının demokratiya, insan haqları və informasiya azadlığı ilə bağlı mümkün islahatlar, qanunverciliyin təkmilləşdirilməsi və s. mövzularda yazdığı məqalələr KİV vasitəsilə tirajlanacaq. Sonda bu məqalələrdəki təkliflər sistemləşidirləcək və ümumiləşdirilərək hökumətə təqdim olunacaq.