adalet.az header logo
  • Bakı 11°C

ƏHLİ-KEF TƏHSİLDƏN QAYIDIR…

FAİQ QİSMƏTOĞLU
77676 | 2017-02-17 15:15

… Səhv eləmiriksə,Seyid Əzim Şirvaninin bizim yazının başlığına bənzəyən bir satirası var: «Müctəhidintəhsildən qayıtması». Satiranın qısa məzmunu bundan ibarətdir ki, bir varlı kişininağıldan kəm oğlu xaricə oxumağa gedir. Yazıq kişi gözünü bu övladına dikir ki, uşaqxaricdə oxuyub evə dönəcək və əməlli-başlı adam olacaq. Amma bu uşaq da gününü-güzəranınıbaşqa cür keçirir; hər gün restoranlarda, barlarda yeyib-içir, əylənir və qızlarla kef eləyir…

… Günlər, aylar ötür,il tamam olur, axırda da bir gün o, qayıdır öz evinə. Xaricdə ona bir ətək pul xərcləyənatası görür ki, balam, oğlu heç bir şey oxuyub öyrənməyib. Elə burda necə kütbeyin,savadsız və qabiliyyətsiz idisə, o vəziyyətdə də qalıb. Kişinin oğlu yalnız və yalnızbir şeyi öyrənib: yeyib-içməyi! Və kişini də o yandırır ki, övladı yolunda ətək-ətəkpul xərcləyib, oğlu isə cahil, savadsız, nadan və iki eşşəyin arpasını bölə bilməyənbirinə çevrilib. Kişi oğluna baxır, onun həyat tərzini görür, içindən od tutub yanır.Bir dizinə döyür, bir də başına…

Bu gün də Seyid ƏzimŞirvaninin təsvir etdiyi «qəhrəmanın» ətri hiss olunur. Yəni sanki indi də bir çoxları xərc, borc pul töküb uşaqlarınıxarici ölkələrdə «oxutmağa» göndərirlər. Bu xarici ölkələrin sırasına ən çox Rusiya,Ukrayna, Gürcüstan, Türkiyə daxildir. Düzdür, bəziləri sözün həqiqi mənasında Avropaölkələrindəki və Amerikadakı ən perestijliuniversitetlərdə oxumaq istəyirlər.Və daha doğrusu oxuyurlar da. Onlar ölkəyə qayıdanda Avropanın elmini, texnologiyasını,mədəniyyətini gətrirlər. Üstəlik də, bu cür istedadlı, savadlı və dünyagörüşlü mütəxəssislərözəl şirkətlər tərəfindən yağlı fətir kimi göydə qapılır. Çünki özəl qurumlar yaxşıbilirlər ki, onların beyni var, savadı var və ən nəhayət, əsl Avropa kadrı kimiyetişib. Belələrini barmaqla saymaq olar…

…Bir-birinin bəhsinə isə Rusiyaya, Ukraynaya, Gürcüstana, Türkiyəyəaxışan gəncləri isə heç cür başa düşmək olmur. Əlbəttə, bu uşaqların da arasındasavadlıları var. Amma çox azdır. Adını qeyd etdiyimiz ölkələrin ali məktəbləri heçbir imtahan keçirmədən Azərbaycandan gedən gəncləri ali məktəbə qəbul edir. Hansıki, bu gənclər Azərbaycanda nəinki ali məktəblərə, heç kolleclərə belə daxil olabilmirlər. Yəqin ki, elementar savadları olsa, elə burda da hər hansı təhsil ocağınaqəbul olmaq hüququ qazanarlar. Amma nə yazıqlar ki, bu uşaqların imkanlı valideynləriçıxış yolunu xaricdə fəaliyyət göstərən və Azərbaycanda diplomları tanınmayan aliməktəblərə göndərməkdə görürlər. O uşaqlar da gedirlər Türkiyəyə, Ukraynaya, Rusiyaya,Gürcüstana vaxtlarını keçirirlər, gəzirlər, kef eləyirlər və günlərin bir günündədə bir ətək pul verib aldıqları diplomlageri dönürlər. Savadla yox ha, diplomla!

Heç bu diplomu daçox vaxt bizim ölkədə qəbul etmirlər. Məsələn, Təhsil Nazirliyi deyir ki, biz tutaqki, Türkiyənin filan universitetini bitirmiş məzunun diplomunu tanımırıq. Bizimtanıdığım ali məktəblər var, bu ali məktəbləri bitirənlərin də diplomunu tanıyırıq.Hələ iş məsələsi də gələndə yenə belələri havadan asılı vəziyyətdə qalır. Neçə-neçətanıdığım imkanlı adamların övladları xaricdən aldıqları diplomla gəliblər dövlətqulluğuna qəbul olunmaq üçün imtahan vermək istəyiblər. Ancaq diplomları tanınmadığıüçün həmin imtahanlara buraxılmayıblar.

İstanbul gözəl şəhərdir.Gündüzü gecəsindən, gecəsi də gündüzündən qəşəngdir. Hələ mən onun tarixi abidələrini,gəzməli yerlərini və eyni zamanda görməli yerlərini demirəm. Bizim bir yaxın qohumvar. Uşağı burda heç bir ali məktəbə qəbul ola bilmədi, axırda qohumum məcbur olubdedi ki, uşağı İstanbula göndərirəm. Uşaq kəsilib, utandığından camaatın arasınaçıxa bilmirəm. Birtəhər pul düzəltdi, adam tapdı, qoydu onu İstanbuldakı universitetlərinbirinə. Uşaq da nə az, nə çox 4 il İstanbulda kef elədi. Yəni Seyid Əzim Şirvaninin«Müctəhidin təhsildən qayıtması» kimi həyat tərzi yaşadı. Və günlərin birində dəuşaq diplomu aldı, Bakıya qayıtdı. Atası sevinə-sevinə ona bir iş də tapmışdı. Uşağıapardı müsabiqəyə komissiyadan keçirməyə. Komissiya yoxlayandan sonra gördü ki,bu uşaq nə kompüteri bilir, nə də savadı var. Hələ üstəlik də həmin anda aydınlaşıbki, uşağın diplomu Təhsil Nazirliyi tərəfindən tanınmır. Bundan sonra kişinin təyziqiqalxır, xəstəxanaya düşür. Bir neçə gündən sonra da rəhmətə gedir. Bax, bu da xaricdəbir ətək pul xərcləyib övlad «oxutmağın» sonu…

Bizim millət çoxavam və çox da sadəlöhv millətdir. Yəni çox vaxt bir-birinin bəhsinə nəyə desəngedir. Tay fikirləşmir ki, balam, mən yorğanıma görə ayağımı uzatmalıyam. Tutaqki, filankəsin milyonu var. İndi sən durub onunla bəhs eləməlisən? Bəhs eləməyində axırı bir çox halda belə bitir. Sanki bizi kimlərsə cəhalətə, avamlığa, nadanlığasürükləyir. Bu qüvvəni hər an, hər dəqiqə hiss eləmək heç də Amerika kəşf eləməkdemək deyil.

Yenə yadımıza SeyidƏzim Şirvaninin başqa bir satirası düşür: «Köpəyə ehsan». Burda hər şeyi pula, vara-dövlətəsatan mollaların iç üzü, daxili aləmi açılır. Belə ki, varlı bir kişinin iti ölür,o da itini yudurdur, kəfənə tutdurur aparıb qəbirsitanlıqda dəfn elətdirir. Bundanxəbər tutan kəndin mollası vay-veylə «şəriət əldən getdi», - deyib hücum çəkir həminvarlı adamın üstün. Varlı adam da görür ki, mollanın bərəlmiş gözü xortlamış ölününgözü kimi parıldayır .Və tez də onun dilini tapıb deyir ki, molla əmi, qəm eləmə, bilirsən mənim itim nə vəsiyyət eləyib?Bildirib ki, kəndin mollasına çoxlu pul, pay-pürüş verim. Molla «pul» sözünü eşidən kimi o dəqiqə «valı» dəyişirvə deyir:

İt demə, o dəxi bizimbirimiz

Belə ölmüşlərə fədadirimiz…

Biz orta məktəbdəoxuyanda ədəbiyyatdan Seyid Əzim Şirvaninin bu satiralarını proqrama salmışdılar.Amma eşitdiyimizə görə, xeyli vaxtdır ki, «Köpəyə ehsan» satirası orta məktəb dərsliyininproqramından çıxarılıb. Balam, görəsən niyə? Bəlkə indi cahillik, xurafat, cəhalət azalıb?! Əksinə, indi dələduz mollaların, falabaxanların,şarlatanların sayı daha da çoxalıb. Və onlar da hər dəqiqə, hər an milləti, xalqıcəhalətə, avamlığa və xurafata sürükləyirlər. Baxırsan ki, bir yas məclisində dörd-beşmolla əyləşib ağız-ağıza verib moizə oxuyurlar. Özü də oxuduqları bir şey olsa yenədərd yarıdır. Qabaqlar toylara beş-altı müğənni gətirirdilər. İndi də bir varlıadam rəhmətə gedəndə beş-altı molla ağız-ağıza verib danışırlar. Bizim millətə dində lazımdı, məscid də lazımdı. Amma elm, təhsil, savad daha vacibdir. Çünki millətiişığa, nura, aydınlığa cəhalət, xurafat yox,elm və təhsil çıxara bilər…


TƏQVİM / ARXİV