adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Fevral 2017 22:54
10263
DÜNYA
A- A+

Pakistanda 100-dən çox silahlı məhv edilib

Pakistanda törədilən terror aktından sonra ölkənin güc strukturları hərəkətə keçib.

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, terror aktından sonra ölkənin müxtəlif hissələrində keçirilən xüsusi əməliyyat nəticəsində 100-dən çox silahlı məhv edilib.

Qeyd edək ki, dünən Pakistanın cənubunda yerləşən Sind əyalətində Sehvan-Şerif şəhərindəki məsciddə törədilmiş terror aktı nəticəsində 88 nəfər ölüb, 300-dən artıq insan yaralanıb. İŞİD hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.