adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Fevral 2017 11:11
6629
ELM VƏ TƏHSİL
A- A+

Qar məktəblərdə davamiyyətə təsir edib - Yenilənib

Hava şəraitinin kəskin dəyişməsi və qar yağması ilə bağlı bəzi valideynlərin övladlarını məktəbə göndərə bilməməsi səbəbindən davamiyyət göstəricisi digər günlərə nisbətən aşagı düşüb.


Bu barədə  Bakı Şəhər Təhsil İdarəsindən bildirilib.

Qeyd edilb ki, buna baxmayaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində təlim prosesi davam edir.

***


Ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti Respublika məktəblərində davamiyyətə təsir edib.

Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib. Nazirlik rəsmisi bildirib ki, qarın daha çox düşdüyü rayon və kəndlərdə gediş-gəliş çətin olduğu üçün şagirdlər dərsə getməyiblər.

"Bəzi bölgələrdə yerləşən məktəblərdə davamiyyət aşağı düşüb. Məlumatlar toplanır və yaxın saatlarda ətraflı məlumat verib veriləcək”.

C.Valehov qarın Bakıda yerləşən məktəblərdə davamiyyətə kifayət qədər mənfi təsir etdiyini deyib. Onun sözlərinə görə, davamiyyətin aşağı düşməsinə baxmayaraq, məktəblərin bağlanması nəzərdə tutulmur.