adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Fevral 2017 10:21
7982
MARAQLI
A- A+

Barselona Olimpiadasının talismanı ölüb

1992-ci il Barselonada keçirilən Olimpiya Oyunlarının talismanının şərəfinə adlandırılan Kobi ləqəbli panda ölüb. Adalet.az-ın məlumatına görə, panda 25 yaşında Çinin cənub-qərbində Çendu şəhərində heyvanxanada ölüb.

Qeyd edək ki, insan yaşı ilə müqayisədə bu panda üçün 75 yaş deməkdir.

Panda 1992-ci il iyulun 26-da doğulduğu üçün və həmin gün Olimpiya Oyunlarının açılışı ilə üst-üstə düşdüyü üçün Beynəlxalq Olimpiya Komitəsinin həmin dövrdəki prezidenti Xuan Antonio Samarnç tərəfindən talisman adlandırılıb.

Panda yanvarın 31-də komaya düşüb və bütün səylərə baxmayaraq, fevralın 2-də ölüb.