adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Fevral 2017 09:48
7639
DÜNYA
A- A+

Qərar verildi: Avropa özünə ordu yaradır

Avropa Parlamenti (AP) Avropa İttifaqının (Aİ) mərkəziləşdirilməsi, Aİ-nin maliyyə naziri postunun və ümumi Avropa ordusunun yaradılması səyləri haqqında qətnaməni təsdiqləyib.

Adalet.az BBC-yə istinadən xəbər verir ki, qətnamə Belçikanın sabiq baş naziri və Brexit üzrə məsul şəxs Qi Verxofstadt tərəfindən təklif olunub.

AP-nin iclası qətnamənin lehinə 283 avrodeputat səs verib, 269 deputat sənədin əleyhinə çıxıb, 83 nəfər bitərəf qalıb.