adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
16 Fevral 2017 23:07
7206
İDMAN
A- A+

Futbol TƏHLÜKƏDƏ - UEFA araşdırmaya başladı

UEFA futbolda topa başla zərbənin verdiyi ziyanlarla bağlı elmi iş əsasında məsələni araşdırmağa qərar verib.

Adalet.az xəbər verir ki, UEFA-dan edilən açıqlamada topa başla zərbənin insan sağlamlığına verdiyi zərərlərlə bağlı son elmi araşdırma üzərində çalışmağa başladıqları qeyd edilib.

Açıqlamada məsələylə bağlı daha dolğun məlumat əldə etmək məqsədilə UEFA-nın öz araşdırmasına başlayacağı vurğulanıb:

"Bu araşdırma nəticəsində gənc oyunçuların matçlar və məşqlərdə aldığı xəsarətləri ən aza endirməyi hədəfləmişik”.

UEFA-nın bu araşdırmasına adı açıqlanmayan İngiltərə Premyer Liqa təmsilçilərindən birinin də kömək edəcəyi deyilir.

Xatırladaq ki, İngiltərənin Kardiff Universitetinin apardığı araşdırmada 1980-2010-cu illər aralığında futbolla məşğul olmuş və Uels psixi sağlamlıq mərkəzində müalicə alan 14 nəfər diqqət mərkəzində saxlanılıb. Ölən futbolçulardan altısının beynini incələyən elm adamları topa başla zərbəylə ağlını itirmə arasında əlaqənin olduğunu ortaya çıxarıblar.

Ötən il İngiltərə Peşəkar Futbolçular Birliyi az yaşda alınan xəsarətin daha ciddi olduğunu nəzərə alaraq, 10 yaşından kiçik uşaqlara başla zərbənin qadağan olunmasını təklif etmişdi.