adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Fevral 2017 22:07
4361
HADİSƏ
A- A+

Sabunçuda 8 otaqlı ev yandı

Bakının Sabunçu rayonunda ümumi sahəsi 330 m2 olan ev yanıb.

Adalet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, birmərtəbəli 8 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 280 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.