adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Fevral 2017 18:13
8493
MƏDƏNİYYƏT
A- A+

İndoneziyanın müdafiə naziri Xocalı soyqırımına həsr olunmuş yarışda iştirak edəcək

 23 fevral 2017-ci il tarixində Bakıda Azərbaycan Sindo-ryu və Pencak silat Federasiyasının İndoneziyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımında həlak olanların xatirəsinə həsr olunmuş Açıq Bakı Birinciliyi keçiriləcək. Bu barədə məlumat verən Azərbaycan Sindo-ryu və Pencak silat Federasiyasının prezidenti Ceyhun Əşrəfov bildirib ki, birincilikdə mötəbər qonaqların iştirakı gözlənilir. "Xocalı soyqırımı bütün bəşəriyyət üçün böyük soyqırım hadisədir. Bu gün onların xatirəsinə anmaq vicdan borcumuzdur. Bildirim ki, Azərbaycana rəsmi səfər çərçivəsində gələn İndoneziyanın müdafiə naziri cənab Ryamizard Ryakudu, millət vəkilləri, eyni zamanda Azərbaycan parlamentinin üzvləri,yüksək rütbəli vəzifəli şəxsləri də iştirak edəcəkər”. Yarış 23 fevral 2017-c il tarixində saat 14:00-da Sərhədçi Olimpiya Kompleksində baş tutacaq.