adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Fevral 2017 18:08
7833
GÜNDƏM
A- A+

Novruz bayramında əfv olacaq

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Adalet.az xəbər verir ki, bu barədə Trend-ə Komissiyanın üzvü Rəşad Məcid deyib.

R.Məcid bildirib ki, görüş çox məhsuldar keçib: "Təxminən 800-dən artıq müraciət var. Bu gün təxminən 150-dən artıq müraciətə baxıldı və təqribən yarısına müsbət rəy verildi. Növbəti görüşdə də digər müraciətlərə baxılacaq”.

Komissiya üzvü hesab edir ki, Novruz bayramına yaxın əfv sərəncamı ola bilər: "Əgər Komissyanın görüşü başlayıbsa, güman ki, Novruz bayramına yaxın əfv olacaq”.