adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Fevral 2017 16:15
8190
MƏDƏNİYYƏT
A- A+

“Turkvision - 2017” müsabiqəsi Qazaxıstanda keçiriləcək

Türkdilli ölkələrin müasir estrada musiqisi yarışması – "Turkvision” bu il Qazaxıstanda keçiriləcək.

Adalet.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin mədəniyyət və incəsənət işləri üzrə direktoru Almaz Nurazxan deyib.

"2017-ci ilin ən mühüm tədbirlərindən biri "Turkvision” müasir estrada musiqisi yarışmasıdır. Bu yarışma türkdilli xalqların ümumi köklərini təbliğ edir. Müsabiqə ilk dəfə ölkəmizdə keçiriləcək və bu məsələ artıq razılaşdırılıb. Biz qonaq qismində əvvəlki müsabiqələrin qaliblərini dəvət edirik”, - deyə A.Nurazxan söyləyib.

Qeyd edək ki, "Turkvision” müasir estrada musiqisi yarışması hər il keçirilir. Burada həm türkdilli ölkələrin nümayəndələri, həm də türk əsilli ifaçısı olan digər ölkə və regionlar iştirak edə bilər. Müsabiqə ilk dəfə 2013-cü ildə Türkiyədə, Əskişəhərdə keçirilib.