adalet.az header logo
  • Bakı 16°C
16 Fevral 2017 15:27
13278
SİYASƏT
A- A+

ABŞ müdafiə naziri Rusiya ilə güc mövqeyindən dialoq aparmağa çağırıb

ABŞ müdafiə naziri Ceyms Mettis hesab edir ki, NATO ölkələri Rusiya ilə güc mövqeyindən tərəfdaşlıq münasibətləri qurmalıdırlar.

Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə müvafiq bəyanatı Mettis, çərşənbə günü Brüsseldə NATO-nun müdafiə nazirlərinin görüşündə verib.

"Biz əvvəlki kimi Moskva ilə tərəfdaşlıq münasibətlərinin bərpasına açığıq, amma öz gözləntilərimizdə realist olaraq qalırıq və diplomatlarımız üçün güc mövqeyindən danışıqlar aparmaq üçün imkan yaradırıq, - Pentaqon rəhbəri bildirib. Amma biz Alyansın dəyərlərindən imtina etməyə və Rusiyaya öz əməlləri ilə burdakılardan daha uca səslə danışmağa icazə verməyə hazır deyilik”, - deyə nazir bildirib.