adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Fevral 2017 15:18
14346
İQTİSADİYYAT
A- A+

Dubaydan Qəbələyə birbaşa aviareysin qiyməti məlum oldu

"Flydubai” aviaşirkətinin birbaşa Dubay-Qəbələ mövsümi reyslərinə biletlərin qiymətiaçıqlandı.

Adalet.az 1news.az-a istinadən xəbər verir ki, "ora-geri” aviabiletlərin qiyməti 250 dollar (Azərbaycan Mərkəzi Bankının fevralın 16-na olan rəsmi məzənnə ilə 432,4 manat) olacaq.

Aviabiletlərin qiymətinə qidalanma, 20 kq qədər baqaj daxildir. Daha öncə yayılan məlumata görə, flydubai şirkəti Dubay-Qəbələ marşrutu üzrə mövsümi aviareysləri iyunun 22-dən həyata keçirəcək. Uçuşlar sentyabrın 17-dən yerinə yetiriləcək.

Reysləri həftədə iki dəfə cümə axşamı və bazar günləri həyata keçiriləcək.