adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Fevral 2017 15:00
13512
SİYASƏT
A- A+

Pentaqon Ukrayna ordusunun potensialını artırmağı vəd etdi

ABŞ Ukraynanın Silahlı Qüvvələrinin potensialını artırmaqniyyətindədir.

Adalet.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsiKortni Hillsonbəyan edib vəonun bəyanatınazirliyin saytında yerləşdirilib.

Hillsonun sözlərinə görə, Pentaqonun rəhbərinin müaviniBob UorkKiyevə hərbi yardımı Ukraynanın xarici işlər naziriPavel Klimkinilə müzakirə edib.

"Uork vurğulayıb ki, ABŞ əvvəlki kimi Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və ölkəninsilahlı qüvvələrinin potensialını möhkəmləndirməyi məqsəd götürüb”, - obildirib.

Uorkun sözlərinə görə, Pentaqon nümayəndəsi, həmçinin Kiyevi Ukraynanın müdafiə kompleksinin müəssisələrinin səmərəliliyini artıracaq islahatlar aparmağa çağırıb.