adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 Fevral 2017 14:05
15404
İQTİSADİYYAT
A- A+

“AtaSığorta” ASC-nin “Paytaxt” filialı fəaliyyətə başladı

"AtaSığorta” ASC sığorta xidmətlərinin daha əlçatan olması və müştərilərinə yüksək keyfiyyətli sığorta xidmətləri göstərmək məqsədi ilə yeni "Paytaxt” filialını istifadəyə vermişdir.

Adalet.az xəbər verir ki, şirkətin "Paytaxt” filialı Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küçəsi 24 ünvanında fəaliyyət göstərməyə başlamışdır. Geniş əhali kütləsinə və sahibkarlara xidmət göstərməsi nəzərdə tutulan rahat filial binası müasir texnoloji avadanlıqlarla təmin edilmişdir.
Açılış mərasimində çıxış edən İdarə Heyətinin üzvü Ramil Abdullayev mərasim iştirakçılarını salamladı və qeyd etdi: "AtaSığorta hər zaman müştərilərinə daha da yaxın olmaqla onlara keyfiyyətli sığorta xidmətləri göstərməyə xüsusi diqqət yetirir. Yeni filial "AtaSığorta” ASC-nin strategiyasına uyğun olaraq biznesin inkişafına dəstək göstərməklə şirkətin funksiyalarını həyata keçirəcəkdir. Filialın rahat ünvanda yerləşməsi, ofisdə yaradılmış gözəl şərait müştərilərin rahatlığına və məmnunluğuna xidmət edəcəkdir”.
"AtaHolding” şirkətlər qrupuna daxil olan "AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 35 milyon manata yaxın aktivlərə malik olmaqla 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 30-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.