adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Fevral 2017 13:14
36935
ƏDƏBİYYAT
A- A+

Regionlarda şairlər günü keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) birgə təşkilatçılığı ilə iyunun 6-da ölkəmizdə yeddinci dəfə şairlər günü keçiriləcək.

Şairlər günü Bakı ilə yanaşı, Beyləqan, Şabran, Şamaxı və digər bölgələrdə də qeyd ediləcək. İlk tədbir Xızıda Mikayıl Müşfiqin anma mərasimi ilə başlayacaq.

Bildirilib ki, görüşlər Bakıda yekunlaşacaq, əsərləri fərqlənən şairlərə Mikayıl Müşfiq mükafatı təqdim ediləcək.