adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Fevral 2017 12:56
6833
DÜNYA
A- A+

Əl-Bab İŞİD-dən azad edildi

Türkiyənin Suriyada keçirdiyi "Fırat Kalkanı” əməliyyatı nəticəsində Əl-Bab şəhəri terrorçularından azad edilib.

Adalet.az "Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar deyib. Onun sözlərinə görə, hazırda İŞİD-dən azad olunan ərazilərin minalardan təmizlənməsi işləri aparılır.

Qeyd olunub ki, Suriyanın Rakka şəhərinin terrorçulardan təmizlənməsi əməliyyatı isə hərbi koalisiyanın fəaliyyətinin əlaqələndirilməsi və maliyyə məsələlərindən asılıdır.

Qeyd edək ki, Əl-Bab İŞİD-in Suriyada Rakkadan sonra ikinci əsas mərkəzi olub.