adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Fevral 2017 21:24
9245
MƏDƏNİYYƏT
A- A+

“Xocalı” adlı rəsm sərgisi açılacaq

Fevralın 27-də Bakıda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş "Xocalı” adlı rəsm sərgisi açılacaq.

Sərgi "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Arts Council Azerbaijan” (Azərbaycan İncəsənət Konsulluğu) qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşacaq.

Sərgidə eyniadlı müsabiqəyə sözügedən mövzu ilə bağlı təqdim olunmuş sənət əsərləri nümayiş olunacaq. İki gün davam edəcək sərgi İçərişəhərdə Kiçik qala 105 ünvanında açıq səma altında gerçəkləşəcək.

Sərgi çərçivəsində qalib iştirakçılar mükafatlandırılacaq.