adalet.az header logo
  • Bakı 13°C
16 Fevral 2017 11:18
5678
MƏMLƏKƏT
A- A+

Bələdiyyələrlə bağlı şikayətlərin sayı artıb

"Şəhər, rayon icra hakimiyyətləri başçıları aparatlarının, yerli bələdiyyə orqanlarının fəaliyyəti haqqında şikayətlər ciddi təhlil olunur”.

Adalet.az-ın xəbərinə görə, bu barədə Prezident Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun Azərtac-da dərc olunan təhlil yazısında bildirilib. Yazıda qeyd olunub ki, 2016-cı ildə Prezident Administrasiyasına daxil olan şikayətlərin bir qismində icra hakimiyyəti başçılarının aparatlarında, bələdiyyələrdə, yerli idarə, müəssisə və təşkilatlarda bəzi hallarda qarşılaşdıqları laqeydlik və süründürməçilik hallarından narazılıq bildirilir. Bu mövzuda şikayətlər Lənkəran, Ağcabədi,Ağdam, Beyləqan, Goranboy, İmişli,Laçın, Lerik, Saatlı, Salyan, Yardımlı, Zərdab, digər şəhər və rayonlardan daxil olub.

"Bələdiyyə orqanlarının fəaliyyəti ilə əlaqədar şikayətlərin sayı isə əvvəlki illə müqayisədə nisbətən 23,5 faiz artıb. Təəssüf ki, bələdiyyələrin fəaliyyətində hələ nöqsanlar çoxdur, xüsusilə onların torpaqlardan istifadə haqqında qanunvericiliyin icrasında və digər məsələlərdə yol verdikləri qüsurlar narahatlıq doğurur. Keçən il 50-dən artıq bələdiyyə sədri məsuliyyətə cəlb edilib. Bütövlükdə isə il ərzində bələdiyyələrin fəaliyyəti ilə əlaqədar şikayətlər Gəncə, Şəki, Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Daşkəsən, Gədəbəy, Hacıqabul, Xəzər, İmişli, Neftçala, Oğuz, Sabirabad, Salyan, Samux, Şabran, Şamaxı, Şəmkir, Ucar, Yardımlı, Zaqatala, digər şəhər və rayonlardan daxil olub. Mingəçevir, Xətai, Qax, Pirallahı şəhər və rayonları bələdiyyələrinin fəaliyyəti barədə, ümumiyyətlə, şikayət daxil olmayıb”.