adalet.az header logo
  • Bakı 16°C
16 Fevral 2017 11:14
6575
İDMAN
A- A+

Arif Rəhimov “Formula 1”-dən Azərbaycanın əldə edəcəyi dividentdən danışdı

"Formula-1” yarışlarının məsrəflərini tamamən ödəyəcək qədər bilet satmaq olmaz.

Adalet.az  xəbər verir ki, bu barədə "Sputnik-Azərbaycan”ın Beynəlxalq multimediya mətbuat mərkəzində baş tutan "Formula 1” yarışlarını qəbul edən ölkələrin sosial-iqtisadi gəlirləri” adlı Bakı-Moskva-Astana-Tbilisi videokörpüsü zamanı "Formula 1” Azərbaycan Qran-prisinin promouteriArif Rəhimovbəyan edib

Oqeyd edib ki, yarışdan gəlirüç şəkildə əldə edəcək – bu, birbaşa gəlir, dolayı gəlir və əvəzolunmaz təcrübədir. Məsələn, keçən mövsümün nəticələrinə görə, Azərbaycanda turizmdən gələn gəlir səviyyəsi 20 dəfə artıb. Bununla yanaşı, Bəhreyn Beynəlxalq avtodromun əməliyyat direktoruFaez Rəmzi Faezbəyan edib ki, yarışların keçirildiyi 13 il ərzində Bəhreyn 1 milyard dollar gəlir əldə edib. Bu, təxminən ilə 100 min dollardır. Bu müddət ərzində turizmdən gələn gəlir 60% artıb.

"Formula 1” Rusiya Qran-prisinin promouteriSergey Vorobyovilə birgə imtiyazlı biletlər paketi hazırlanır. Həmçinin yarışları nə vaxtsa izləyən tamaşaçılar üçün bilet alarkən imtiyazlar təqdim ediləcək.

"Biz iki yarış üçün məmulat və biletlərin satışı üçün müştərək kampaniyaların keçirilməsini artıq ilk ay deyil kimüzakirə edirik. Paket biletləri alaraq yarışları izləmək mümkündür. Niyə də yox? Yetərincə sadə səslənir, amma hüquqi, müqavilə və kommunikasiya nöqteyi-nəzərindən – bu, oqədər də sadə deyil. Biz sıx əməkdaşlıq edirik və 2018-ci ildə bunun mümkün olacağına ümid edirik”, - Vorobyev qeyd edib.

Əməkdaşlıq mövzusunu davam edərək "Formula 1”-in beynəlxalq məsləhətçisiRiçard Kerqanbəyan edib ki, tərəfdaşlıq bazarın konyunkturasını almağa yardım edir, çünki "Formula 1” də biznesdir. Onu artırmaq vəmüddətini uzatmaq lazımdır ki, dayanıqlı olsun. Əməkdaşlıq nöqteyi-nəzərindən yarışları qəbul edən ölkənin gəlirlərinin maksimum olması üçün biletlərin satışını artırmaq lazımdır.