adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
16 Fevral 2017 11:10
7322
DÜNYA
A- A+

Tiflisdə atışma olub

Gürcüstan paytaxtı Tiflisin Şatberaşvili küçəsində İnterpol əməkdaşlarının olduğu avtomobil atəşə tutulub.

Adalet.az xəbər verir ki, avtomobilə iki naməlum şəxs atəş açıb. İnterpol əməkdaşlarından biri yaralanıb və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl beynəlxalq hüquq-mühafizə təşkilatının gürcüstanlı əməkdaşlarının Batumi hava limanında ABŞ vətəndaşını saxladığı bildirilib. ABŞ vətəndaşı Özbəkistanın tələbi ilə terror fəaliyyətində ittiham edilməklə beynəlxalq axtarışda olub.