adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
16 Fevral 2017 10:13
19014
MARAQLI
A- A+

Çoxarvadlılara pulsuz ərzaq verilir - Heyrətamiz aksiya...

Bu müsəlman şəhərindəki böyük dükana girən hər bir yoxsul insan çörək və digər ərzaqlardan tam pulsuz olaraq götürə bilər...

Dağıstanın paytaxtı Mahaçqalanın "Exnaton” adlı iri supermarketi qeyri-adi aksiya təşki edib.

Adalet.az-ın "Komsomolskaya pravda” nəşrinə istinadla yazdığına görə, bir həftə ərzində poliqam(çoxarvadlı) nikahda olan hər kəs bu dükandan xüsusi olaraq pulsuz ərzaq ala bilər. Aksiyanın yeganə şərti bütün arvadlarla eyni vaxtda gəlməkdir. Dükanın girişindəki elan löhvəsində yazıldığına görə, dükana 1 arvadla gələn kişi ərzaqları 10 faiz ucuz, 2 arvadı ilə gələn 50 faiz, 3 arvadla gələn isə tamamilə pulsuz ala bilər. Kimsə supermarketə 4 arvadı ilə birgə gəlsə, müdir özü onun hər arvadına əlavə olaraq ərzaqla dolu böyük bir səbət də bağışlayacaq. Qeyd edək ki, Rusiyada çoxarvadlılığa rəsmən icazə verilməsə də, Dağıstanda və digər müsəlman regionlarında bir çox kişilər İslam qaydalarına uyğun olaraq kəbin əsasında 3-4 arvadla yaşaya bilirlər...


Ümumiyyətlə, Mahaçqalanın sözügedən dükanında maddi çətinliyə düşmüş, çörəyə və digər ən vacib ərzaqlara ehtiyacı olan hər bir adam onları tam pusuz olaraq ala bilər. Bu xeyriyyə işinə dəstək vermək istəyən imkanlılar isə imkansızlar üçün ayrılmış xüsusi rəfləri yeni ərzaqlarla doldura bilərlər. Moderator.az "Exnaton” supermarketinin müdirinin alıcılara müraciətinin video-görüntülərini də təqdim edir.



P.S. Müsəlman ölkəsi hesab edilən Azərbaycanın qiymətləri gündən-günə yeni zirvələr fəth edən bazar və supermarketlərinin milyarder oliqarx sahibləri də ölkədəki imkansızlar üçün belə bir aksiya təşkil edə bilməzlərmi?..