adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Fevral 2017 21:37
6535
DÜNYA
A- A+

Karlovun qətlinə görə daha bir nəfər tutuldu

Rusiyanın mərhum səfiri Andrey Karlovun qətli ilə əlaqədar aparılan istintaq çərçivəsində daha bir nəfər saxlanılıb.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılan şəxsin sui-qəsdçi Mərt Altıntaşla telefon əlaqəsi saxladığı məlum olub.

Adı açıqlanmayan şübhəsi polis idarəsində dindirilib. Onun qətlə əlaqəsinin olub-olmaması araşdırılır. Səfirin qətli ilə əlaqədar daha əvvəl 3 nəfər, o cümlədən iki polis əməkdaşı həbs olunub.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən ilin dekabrın 19-da Ankarada sərgidə çıxış edərkən polis əməkdaşı Mövlud Mərd Altıntaş tərəfindən qətlə yetirilib.