adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
15 Fevral 2017 21:16
3376
HADİSƏ
A- A+

Bakıda 10 min dollar oğurlandı

Bakıda avtomobildən oğurluq olub.

Binəqədi rayonu, C.Xəndan küçəsi 60 ünvanının qarşısında dayanacaqda 1968-ci il təvəllüdlü Bəxtiyar Mahmudova məxsus "Subaru” markalı avtomobildən külli məbləğdə pul oğurlanıb.

Belə ki, naməlum şəxs əlini açıq yan şüşədən salmaqla avtomobildə olan 29 min manat və 10 min ABŞ dolları oğurlayıb.