adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Fevral 2017 19:53
14673
İQTİSADİYYAT
A- A+

Gürcüstandan Azərbaycana köçürülən pullar azaldı

Ötən ay Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 545,3 min dollar pul köçürülüb.

Adalet.az-ın məlumatına görə, APA Gürcüstan Milli Bankına istinadən xəbər verir ki, bu, 2016-cı ilin yanvar ayı ilə müqayisədə 190,6 min dollar və ya 53,7% çoxdur.

2016-cı ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvarında Gürcüstandan ölkəmizə pul axını 354,1 min dollar və ya 39,4% azalıb.

Ötən ay Azərbaycandan Gürcüstana 1 mln. 289,5 min dollar pul göndərilib ki, bu da 2015-ci ilin dekabr ayına nisbətən 934,8 min dollar və ya 63,65% çoxdur.

Ötən ilin dekabr ayı ilə cari ilin yanvar ayını müqayisə edəndə məlum olur ki, ötən ay Azərbaycandan Gürcüstana pul köçürmələrin həcmi 595,6 min dollar və ya 31,5% azalıb.