adalet.az header logo
  • Bakı 21°C
15 Fevral 2017 19:12
13444
İQTİSADİYYAT
A- A+

Gürcüstandan Londona aşağıbüdcəli aviareyslər həyata keçiriləcək

İyunun 18-dən "WizzAir” aviaşirkəti Kutaisi-London-Kutaisi marşrutu ilə mütəmadi reyslər həyata keçirəcək.

Adalet.az newsgeorgia.ge saytı məlumat yayıb.

Qeyd olunub ki, biletlərin qiyməti 105,99 lari və ya 34,99 funtdur (təxminən 80 manat).

Aviareyslər Kutaisinin beynəlxalq aeroportundan Londonun Luton aeroportuna həftədə iki dəfə olmaqla çümə axşamı və bazar günü "Airbus A320” və "A321” təyyarələri ilə həyata keçiriləcək.

"Aşağıbüdcəli aviareyslər Gürcüstan və Böyük Britaniya arasında işgüzar və ticarət əlaqələrinin dərinləşməsinə vasitəçilik edəcək, eləcə də həm turistlər, həm də iş adamları üçün gözəl imkan yaradacaq” - Gürcüstan İqtisadiyyat Nazirliyindən bildirilib.