adalet.az header logo
  • Bakı 13°C
15 Fevral 2017 19:01
5750
SİYASƏT
A- A+

Qırğızıstanda prezident seçkilərinin vaxtı məlum oldu

Qırğızıstanda növbəti prezident seçkiləri noyabrın 19-da keçiriləcək.

Adalet.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Almazbek Atambayevin mətbuat xidməti məlumat yayıb.

Qırğızıstan Konstitusiyasına görə, ölkə prezidenti altı ilmüddətinə seçilir. Bir insan yalnız bir dəfə prezident ola bilər. Hazırkıprezident Atambayevin səlahiyyətləri 2017-ci ilin payızında başa çatır. Atambayev dəfələrlə özünə xələf hazırlamaq niyyətində olmadığını deyib.

"Seçkilərə 9 ay qalıb. Bütün çatışmazlıqlar və nöqsanları aradan qaldırmaq və tamamilə açıq və ədalətli seçkilərin keçirilməsini təmin etmək lazımdır. Ancaq ədalətli və azad seçkilər hakimiyyətin legitimliyi və ölkədə sabitliyi təmin edəcək”, - deyə A.Atambayev söyləyib.