adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Fevral 2017 17:34
12751
İQTİSADİYYAT
A- A+

AMB depozit hərracının büdcəsini 33% artırıb

Azərbaycan Mərkəzi Bankı (AMB) həftədə bir dəfə keçirdiyi depozit hərracı vasitəsilə cəlb etmək istədiyi vəsaitin həcmini növbəti dəfə artırıb.

Bu barədə Adalet.az AMB-yə istinadən xəbər verir.

Belə ki, qurum fevralın 17-də keçirəcəyi depozit hərracında 200 mln. manat vəsait cəlb etmək niyyətindədir. Halbuki bu rəqəm fevralın 13-də keçirilmiş hərracda 150 mln. manat olub. Başqa sözlə, depozit hərracının büdcəsi 33,3% artırılıb.

AMB-nin depozit hədəfinə yenidən baxması son hərracda tələbin təklifdən 31,33% çox – 197 mln. manat olması ilə bağlıdır.