adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Fevral 2017 17:24
12879
İQTİSADİYYAT
A- A+

Yellenin açıqlamaları mart ayına nə vəd edir?

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Janet Yellen dünən fevralın 14-də Senatda, Bank Komitəsi üzvləri qarşısında çıxış edib.

Adalet.az-ın məlumatına görə, "Report” "Bloomberg” agentliyinə istinadən bildirir ki, o, çıxışında son 6 ayda FED-in monetar siyasəti barədə məruzə etməklə bərabər, uçot dərəcəsinin nə zaman artırılacağı ilə bağlı siqnallar verib.

Çıxışı zamanı baş bankir vergi-büdcə siyasətində ediləcək dəyişikliklərin iqtisadiyyatın perspektivlərinə təsirinin hansı ölçüdə olacağını gözləmək lazım olduğunu bildirib.

Bununla yanaşı, Yellen vergi-büdcə siyasətinin uzunmüddətli iqtisadi artım tempini artırmaqda, məhsuldarlığı yüksəltməkdə önəmini vurğulayıb.

Həmçinin, o, FED-in təkrar investisiyaların yumşaq monetar siyasəti dəstəklədiyini və Bank rəhbərliyinin iqtisadiyyatın yavaş templərlə inkişaf edəcəyinə inandığını qeyd edib.

Yellen vergi-büdcə siyasətinin monetar siyasətdən asılı olmaması üçün cəhd göstərəcəklərini deyib. Eyni zamanda, vergi-büdcə siyasətinin əhalinin yaşlaşması amili nəzərə alındıqda xeyli dərəcədə dayanıqsız olduğu qeyd edilib.

Çıxışına davam edən baş bankir bildirib ki, bir çox FED üzvü vergi-büdcə siyasətində ediləcək dəyişikliklərlə bağlı spekulyasiyalardan uzaq durmağa üstünlük verib və onlar iqtisadi proqnozlar tərtib etməkdən çəkiniblər.