adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Fevral 2017 17:12
5697
SİYASƏT
A- A+

BƏƏ-nin Əfqanıstandakı səfiri terror aktı zamanı aldığı yaralardan ölüb

BƏƏ-nin Əfqanıstandakı səfiri Cumaa əl-Kaabi yanvar ayında Kandaqarda törədilən terror aktı zamanı aldığı yaralardan ölüb.

Adalet.az WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ prezident işləri üzrə nazirliyindən bəyan ediblər.

Xatırladaq ki, yanvarın 10-da Əfqanıstanın Kandaqar şəhərində partlayış nəticəsində 11 nəfər ölüb, 16 nəfər yaralanıb. BƏƏ-nin beş diplomatı ölüb, bu ölkənin Əfqanıstandakı səfiri yaralanıb. Partlayış əmirlik diplomatlarının humanitar missiya ilə olduqları Kandaqar əyalətinin qubernatorunun qonaq evinin yaxınlığında baş verib.