adalet.az header logo
  • Bakı 17°C
15 Fevral 2017 15:30
5966
MƏMLƏKƏT
A- A+

Cocuq Mərcanlıda 150 evlik yeni qəsəbənin tikintisinə başlanacaq

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaxın zamanlarda 150 evlik yeni qəsəbənin tikintisinə başlanacaq.

Adalet.az xəbər verir ki, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Baş nazirin müavini bildirib ki, qəsəbədə təhsil, səhiyyə, mədəniyyət ocaqları da inşa olunacaq.
Ə. Həsənov "Azərbaycanda işğaldan azad olunan kəndlərə qayıdış başlayıb, ermənilər isə Qarabağdan kütləvi köç edirlər”, deyə bildirib.