adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
15 Fevral 2017 15:23
7183
DÜNYA
A- A+

Kim Çen Inın qardaşını kimlər öldürüb?

Malayziyanınpaytaxtında Şimali Koreyaliderinin qardaşı Kim Çen Namın qətlinin arxasında gizli casus olduğu ehtimal edilən iki vyetnamlı qadın durur.

Adalet.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Malayziya hüquq-mühafizə orqanları Britaniyanın "Telegraph” nəşrinə bildirib.

"Biz artıq videokamera yazılarına baxmışıq. Nəticədə qətl törətmiş iki qadını aparan taksi sürücüsünü saxlamışıq”, - yüksək vəzifəli polis nümayəndəsi bildirib.

Taksi sürücüsünün ifadələri və kameralardakı yazı əsasında qadınların vyetnamlı olduğu ehtimal edilir. Polis nümayəndələri qadınların gizli casus olduqları ehtimal edildiyini bildirsə də, onların Şimali KoreyalideriKim Çen Intərəfindən tutulduğuna dair ehtimal qurmaqdan boyun qaçırıblar.

Fevralın 13-də Malayziya aeroportunda Şimali Koreyalideri Kim Çen Inın böyük qardaşı Kim Çen Nama sui-qəsd olub. Qəsd onun ailəsinin yaşadığı Makaoya uçuşundan öncə baş verib.