adalet.az header logo
  • Bakı 21°C
15 Fevral 2017 15:12
5713
SİYASƏT
A- A+

ABŞ dünya lideri rolunu itirə bilər

Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Mogerini ABŞ-ın dünya lideri mövqeyini itirə biləcəyindən narahat olub.

Adalet.az xəbər verir ki, bu barədə o, "Die Welt” qəzetinə verdiyi müsahibəsində Vaşinqtona səfərindən danışarkən bildirib.

"Mən hələ heç vaxt ABŞ-ı bu qədər münaqişələrlə yüklənmiş, bölünmüş görməmişdim. Amma qlobal lider rolunu oynamaq istəyən daxilən güclü, özünə inamlı və birləşmiş olmalıdır”, - o deyib.

"Əgər dünyada ən böyük demokratiya bu səviyyədə gərginlik nümayiş etdirirsə, bu, bütün dünya üçün sabitliyi pozan amil ola bilər”, - Mogerini əlavə edib.

Onun sözlərinə görə, ABŞ və Avropa arasında gələcəkdə praqmatik münasibətlər üstünlük təşkil edəcək. "Biz münasibətlərimizdə yeni mərhələyə yaxınlaşırıq ki, oxşarlığımızın nədə olduğunu anlayaq. Bu, faciə deyil”, - Mogerini belə hesab edir.

Bu həftənin sonunda Amerika hökumətinin nümayəndələri Avropaya rəsmi səfərə gəlməyə hazırlaşırlar. Əsasən, Pentaqon rəhbəri Ceyms Mattis çərşənbə günü NATO-dakı həmkarları ilə görüşməyə hazırlaşır.