adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Fevral 2017 14:00
85781
MÜSAHİBƏ
A- A+

“Prezidentin sərəncamı lüzumsuz xərcləri aradan qaldıracaq"

Prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiylar Nazirliyi birləşdirilərək onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnogiyalar Nazirliyi yaradılıb.

Adalet.az bu barədə İqtisad elmlər doktoru, professor Fikrət Yusifovun fikirlərini öyrənib.

-Rabitə və İnformasiya narizliyinin birləşdirilməsini necə dəyərləndirirsiniz?

- Ölkədə aparılan struktur islahatlarının davamlı olacağı heç şübhə döğurmur. Əslində indiki dönəmdə bunun alternativi də yoxdur. Hesab edirəm ki, Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin birləşdirilməsinə dair ölkə başçısının qəbul etdiyi qərar son deyil və qaşıdakı aylarda biz başqa uyğun nazirlik və komitələrin də birləşdirilərək yenidən təşkil edilməsini etiva edən yeni qərarların qəbul edilməsinin şahidi ola biləcəyik.

Bu gələcəkdə rabitə və nəqliyyat sahəsində səmərəliliyi artıracaqmı?

Bir ildən çoxdur ki, hökumət Azərbaycanda post-neft dövrünün başlandığını rəsmi şəkildə elan edib. Bu gün ölkədə bütün islahatlar məhz bu dövrün tələblərinə uyğun bir səviyyədə aparılır. Struktur islahatları isə bu islahatların mühüm tərkib hissəsidir. Bu islahatlar idarəetmədə paralleliyin ləğvini, çevikliyin təmin edilməsini, inkişafın qarşısında əngələ çevrilən məqamların tam aradan qaldırılmasını hədəfləyib.

- Nazilriklərin birləşdirilməsini hansı səbəbləri var?

Səbəbini belə izah edərdim ki, bu addım idarəetmədə paralelliyin aradan qaldırılması və çevikliyin təmin edilməsi ilə yanaşı həm də dövlət büdcəsinin vəsaitlərinə qənaət etməyə və lüzumsuz xərcləri aradan qaldırmağa imkan verəcək. 

Rüfət Soltan