adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
15 Fevral 2017 13:21
8026
ELM VƏ TƏHSİL
A- A+

Abituriyentlər imtahan həyəcanını bəhanə edə bilməyəcək

Dövlət İmtahan Mərkəzi 2 mühün yenilikləri ilə gündəmə gəldi. Abituriyentlərin daha çox diqqətini çəkən yenilik isə imtahanların iki dəfə keçirilməsi oldu. Bu müstəqil ekspertlər və əhali tərəfindən bəyənilən addım hesab olunsa da apardığımız sorğularda iştirak edən abuituriyentlər məsələni təfərrüatı ilə bilmirlər. Dövlət İmtahanı Mərkəzi Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydaya görə ölkədə tələbələrin sayının artacağı gözlənilir. Bu yaxşı əlamətdir. Azərbaycan dünya statistikasında təhsil kəmiyyətinə görə 3-cü yerdə qərarlaşır. Məhz tələbələrin çoxluq təşkil etməsi ölkənin regional və dünyəvi sferada nufuzuna birbaşa təsir edir.

Keçək əsas məsələyə. Ali məktəblərə qəbul imtahanlarının iki dəfə keçirilməsi hansı şərtləri və üstünlükləri təqdim edir?

Tələbə olmaq arzusu ilə yaşayan yüzminlərlə abituriyent imtahan ərəfəsində qarşılarına çıxacaq hər hansı obyektiv və subyektiv maeələrdən narahatdırlar. Aylarla hazırlaşıb əziyyət çəkən abituriyyent hər hansı səbəbdən qəbul imtahanına gecikə bilər və yaxud onu heç gözləmdiyi həyəcan dalğası tutua bilər və digər bunun kimi problemlər onların zəhmətini boşa çıxarır. Məhz DİM bu yöndə vacib addım ataraq imtahanların iki dəfə keçirlməsinə şərait yaradır.

Yeni qaydanın üstünlükləri

Bəzən elə hallara rastlaşırıq ki, Abituriyent sınaq imtahanlarında göstərdiyi nəticələri qəbul imtahanında əldə edə bilmir. Bu onda bəzən psixoloji travmalara qədər gətirib çıxarır. Və o bir növ təhsildən soyuyur və biliyə həvəsi sönür. İmtahandan çıxan abituriyentlərin emosiaları isə bizə yad deyil: "Daha yaxşı yaza bilərdim, sualların çoxunu bilirdim lakin həycandan özümü itirdim”. Təbii ki xarakterlər fərqli olduğu üçün emosiaları idarə etmək çətindir. DİM-in iki imtahan keçirməkdə məqsədi məhz bu cür tələbələrə ikinci şansı yaratmaqdır. Məsələ çox bəsitdir. Hesab edək ki, ilk imtahanda yaşadığı həyəcanın güdazına gedən məktəbli ikinci imtahanda qazandığı təcrübədən savayı həycanına qalıb gələ biləcək. O cümlədən ilk imtahanda iştirak etməyən abituriyent üçün də səmərəli addım hesab oluna bilər.

350 bal yoxsa 360 bal?

Yeniliyə görə, tələbə olmaq istəyən şəxs hər iki imtahanda yaxud birində iştirak etmək hüququna sahibdir. Hər iki imtahanda iştirak etmək istəyən şəxs birinci imtahanda 350 bal ikincdə isə 360 bal toplayıbsa nəticələr ümumi hesabla götürüləcək. Yəni abituriyentin qarşısına topladığı ballar arasında seçim etmək şansı verilir. Düşünəcəksiniz ki, daha yüksək nəticə üstün tutulacaq. Lakin ortada belə bir məsələ var. Dövlət hesabına təhsil almaq istəyən abituriyent üçün keçid balı 350 bal müəyyənləşib. O cümlədən ixtisas fənlərindən nisbi balı keçmək şərti ilə. Təsəvvür edin ki, abituriyent 350 bal topladığı imtahanda hər bir ixtisas fənninə tələb olunana nisbi bal məhdudiyyətini keçib. Lakin ikinci imtahanda topladığı daha yüsksək 360 balda isə bir fəndən nisbi balı atlaya bilməyib. Belə olan halda 360 bal üzərində seçim edəsi olsa həmin abituriyent dövlət hesabına təhsil almaq şansını itirir. Birqayda olaraq 350 bal seçimini etməli olacaq.

Ölkədə tələbə olmayan qalmayacaq

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, bakalavr səviyyəsində tələbə qəbulunun iki dəfə keçirilməsi təhsilin keyfiyyətindən çox kəmiyyətinə hesablanan addımdır.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı təhsilin təkmilləşdirilməsi, yeniləşməsi istiqamətində atılan növbəti addımdır: "Dünya standartlarına uyğunlaşmaq istiqamətində müəyyən təkmilləşmələr, yeniləşmə aparılmaldır. Son zamanlar belə kurs irəli sürülüb ki, təhsil əlçatan olsun. İki mərhələdə bakalvra qəbul imtahanın keçirilməsi təhsilin əl çatan olması istiqamətində atılan addımdır”.

Beynəlxalq təcrübəyə istinad edən müsahibimiz deyir ki, məzun seçdiyi ixtisas üzrə qəbul imtahanı verərkən yetərli bal toplaya bilmirsə, o, universitetdən kənarda qalmır və onu universitet daxilində hazırlşamaq üçün hazırlıq kursuna yazırlar. "Bir il hazırlıq kursunu keçdikdən sonra imtahanı müsbət nəticə ilə verirsə, bakalavr olur. Bu cür üsulun üstünlüyü ondadır ki, tələbə bakalavr olmaq üçün çatışmayan 5-10 bala görə ali təhsildən qalmır, universitet daxilində hazırlaşaraq növbəti il ali təhsil müəssisəsinə qəbul olmaq şansını qazanır”,-deyən ekspert hesab edir ki, qəbul imtahanının iki dəfə keçirilməsi bu səpkidə aparılacaqsa, bu, tələbələrin sayının artmasına xidmət edəcək.

Gözdən əlillər üçün imtahanlarda yenilik

Onu da qeyd edək ki, Dövlət İmtahan Mərkəzi birinci qrup gözdən əlillərin imtahanlarda iştirak etməsi üçün də səmərəli addıma atıb. Belə ki, sözü gedən abituriyentlərin imtahanlarda iştirakında rahat şəraitin yaradılması məqsədilə onların müxtəlif təhsil pillələrinə qəbul imtahanları verməsi üçün mənsubluğu artırılıb. Belə ki, orta ixtisas məktəblərinə o cümlədən magistr və doktorantura pilləsinə qəbul üçün verilən imtahanlarda iştirak hüququ qazanmış gözdən əlillər üçün yarım saat, bakalavr təhsil pilləsi üçün imtahanlarda isə 1 saat əlavə vaxt qeyd olunub. O cümlədən həmin abituriyentlər üçün xüsusi otaqlar və xüsusi nəzarətçilər təyin olunub.

Hər iki yenilik təhsildə intesnivliyin artırılmasına yönəlib. Yaxın gələcəkdə tələbələrin say tərkibində də müsbət artımın olacağı mütəxəssislər tərəfindən ehtimal edilir. Nəzərinizə çatdıraq ki, əvvəlki sistemdə abituriyent seçdiyi ixtisasa qəbul olamdığı halda ona ikinci dəfə ixtisas seçmək şansı verilirdi. Yeni qayda isə məsələni kökündən həll edir.

Rüfət Soltan