adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Fevral 2017 12:09
5679
SİYASƏT
A- A+

NATO-da ABŞ və Rusiya müzakirə ediləcək

NATO sammiti Brüsseldə toplaşır. Sammit Amerika Birləşmiş Ştatlarında hakimiyyət dəyişikliyinin ardından keçirilən ilk yüksək səviyyəli toplantı olması ilə əhəmiyyət daşıyır.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Brüsseldə 27 nazirin qatılacağı toplantıda ABŞ-ı müdafiə naziri Ceyms Mattis təmsil edəcək.

NATO-nun Baş Katibi Yens Stoltenberq sammit ərəfəsində Rusiya ilə münasibətlərə aydınlıq gətirib: "Güclü olduqca, birlik içində qaldıqca, gələcəyimizdən əmin ola bilərik. Rusiya ilə təbii ki, yeni dialoqlar qura bilərik. NATO ilə Rusiya dialoqu mühüm əhəmiyyət daşıyır. Bundan əlavə ABŞ-ın yeni prezidenti Donald Tramp seçki kampaniyası zamanı Şimali Atlantika Blokundakı müttəfiqlərinə tez-tez iradlar bildirmiş və Avropa ölkələrini məsuliyyətlərini yerinə yetirməməklə günahlandırmışdı”.

Qeyd edək ki, Tramp çıxışlarının birində NATO-nu vaxtı keçmiş ittifaq kimi dəyərləndirmişdi. Bunun sammit öncəsi mübahisələri alovlandıracağı güman edilir.