adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
15 Fevral 2017 10:47
3406
GÜNDƏM
A- A+

Dövlət sərhədində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 16-da Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığından keçən Azərbaycan Respublikası və Ermənistan Respublikasının dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Piter Şvedberq keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçirəcəklər.