adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Fevral 2017 10:45
5474
SİYASƏT
A- A+

Yeni prezident ilk səfərini Rusiyaya edəcək

Özbəkistan prezidenti Şavkat Mirziyoev aprelin ilk on günlüyündə Rusiyaya səfər edəcək.

Bu barədə "RİA Novosti”yə Daşkənddə olan mənbə bildirib.


"Özbəkistan prezidentinin səfərinin aprelin ilk on günlüyündə baş tutacağı gözlənilir. İlkin məlumatla görə, görüş ayın 5-i baş tutacaq, lakin hələ rəsmi tarix dəqiqləşdirilməyib”, - deyə mənbə vurğulayıb.

Agentliyin mənbəsi bildirib ki, bu gün Daşkəndə keçiriləcək Özbəkistan – Rusiya hökumətlər arası komissiyanın iclasında Mirzoyevin Moskva səfərinin detalları da müzakirə olunacaq.