adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 Fevral 2017 22:00
7074
DÜNYA
A- A+

İslamçı qruplaşma 100 min adam öldürüb

"Boko Haram” qruplaşması 2009-cu ildən bəri Nigeriyada ən azı 100 min adam öldürüb.

Adalet.az xarici mediaya istinadən bildirir ki, bunu Nigeriyanın Borno ştatının qubernatoru Kaşim Şettima deyib.

"Cənubi Afrika Respublikasındakı 46 illik apateid dövründə 21 adam ölmüşdü, "Boko Haram” isə 8 il müddətində qadın, uşaq və yaşlılar da olmaqla 100 min adamın ölümünə səbəb olub”, - qubernator söyləyib.

Onun sözlərinə görə, statistikaya qruplaşmanın yaşayış məskənlərinə və hərbçilərə hücumları, "Boko Haram”la toqquşmalarda ölənlər daxildir.

Bundan əlavə, Şettimanın məlumatına görə, "Boko Haram”ın fəaliyyəti dövründə 2,1 milyon insan ev-eşiyini tərk etməyə məcbur olub, 55 min qadın dul, 52 min uşaq yetim qalıb.

"Boko Haram” qruplaşması 2002-ci ildə yaradılıb. O 2015-ci ildə adını "Qərbi Afrika əyaləti "İslam Dövləti” kimi dəyişib.

Qruplaşma əsasən Nigeriyada fəaliyyət göstərir. Təşkilatın tərəfdarları ölkədə şəriət qanunlarının tətbiqini və Qərbin təsirindən uzaqlaşmağı tələb edir.